Bu gün səhər saatlarında ABŞ-ın Virciniya ştatında kütləvi yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, 69 avtomobilin toqquşması nəticəsində 51 nəfər xəsarət alıb. Onlardan 11-i ağır vəziyyətdə olsa da, həyati təhlükələri yoxdur.
Polisdən bildirilib ki, qəzaya səbəb əlverişsiz hava şəraiti olub./Qafqaz/