69 yaşlı kişi sirkə turşusu içərək intihar edib

Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Yeniçağ.Az

COP29