!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

69 yaşlı xalq artisti sirrini açdı: "Sevirəm..."

!Reklam – Yazi

Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyovun doğum günüdür.

Yenicag.az-a açıqlama verən səbəbkar təəssüratlarını bizimlə bölüşüb:

“69 yaşım tamam olur. İnşallah qismət olsa, gələn il 70 illiyimi qeyd edəcəm. İndiyə qədər ən yadda qalan və ən çox sevdiyim doğum günlərim 16-40 yaş arası olub. 40 yaşdan sonra doğum günləri mənim üçün adiləşib. Amma kimsə qəfildən mənə zəng və ya sürpriz edib xoş sözlər deyəndə, bu adilik yox olur. Bu gün də elə oldu. Qəfildən zəng gəldi, ard-arda təbrik edildim. Sevincliyəm və doğum günümü sevirəm”.

Xalq artisti 69 yaşı olmasına rəğmən, cavan qalmasının sirrini açıqlayıb: “Sevirəm, bu da mənim cavan qalmağımın sirri. İnsanları, həyatı, məşğul olduğum sənəti çox sevirəm. İnsan sevgi ilə yaşayanda həyat da gözəl olur”.

Cəvahir

www.yenicag.az

2896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv