7.4 milyonluq yardım FIRILDAĞInın SONU – Azərbaycanlı ailə ABŞ-da tutuldu – VİDEO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) dövlətə 7.4 milyon dollar ziyan vuran azərbaycanlılar polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıblar.

Yenicag.az  news5cleveland.com-a istinadən xəbər verir ki, Ohayo ştatında yaşayan Aydın Kələntərli və Günay Kələntərova cütlüyü ailə üzvləri Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli Kandy Rodriguez adlı ABŞ vətəndaşı ilə əlbir olaraq, saxta sənədlər tərtib edərək dövlətdən 7.4 milyon dollar pandemiyaya görə yardım alıblar.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrup Ohayo ştatında 72 evi fermer təsərrüfat ünvanı kimi saxta sənədlərlə qeydiyyata salıblar.

Federal Təhqiqat Bürosu tərəfindən axtarılan cinayətkar qrupun üzvləri saxlanılıblar.

Aydın Kələntərov və Günay Kələntərli qaçıb Kaliforniyada gizlənmək istəyərkən, xüsusi əməliyyatla saxlanılıb, istintaqa təhvil verilib.

Faktla bağlı Ohayo Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.