7-ci mərtəbədə yanğın baş verdi – Səbaildə

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az- verilən məlumata görə, paytaxtın Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 90 m² olan mənzildə mətbəx mebeli 8 p.m yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.