Bakının 7-ci mikrorayon yaşayış massivində yanğın baş verib.
Yenicag.az report-a istinadən xəbər verir ki, yanğın Süleyman Sani Axundov küçəsində yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzillərdən birində baş verib.
“Billur” kinoteatrının yanında yerləşən binada başlayan yanğını söndürmək üçün bölgəyə FHN-in dörd yanğın söndürmə briqadası cəlb olunub.
Hadisə yerinə Təcili Tibbi Yardım maşını da çağırılıb.