7-ci sinif şagirdi məktəbdə 9 nəfəri güllələdi

Serbiyanın paytaxtı Belqrad şəhərinin Vraçar rayonunda 7-ci sinif şagirdi məktəbdə silahlı insident törədib.

Yenicag.az xəbər verir ki, 14 yaşlı yeniyetmənin şagirdləri atəşə tutması nəticəsində 9 nəfər ölüb. Ölənlərdən 8-i məktəbli, biri isə mühafizəçi olub.

Yaralı məktəblilər və müəllimlər təcili xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yeniyetmə narkotikin təsiri altında olub.