!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7-ci sinif şagirdinə təcili kömək lazımdır - Ailəsindən ölkə rəhbərliyinə müraciət  

!Reklam – Yazi

Abşeron rayonu Xırdalan şəhəri 1 saylı orta məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Xəyal Məhəmməd oğlu Şıxalizadə 2 yaşından “Talassemiya” xəstəliyindən əziyyət çəkir, davamlı müalicə olunur.

Yeniçağ.Az xəbər verir ki, ötən 11 ildə Xəyalın yaşaması üçün ailə bütün imkanını səfərbər edib. Lakin Xəyalı sağaltmaq mümkün olmayıb:

“Bu günlərdə isə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun həkimi dedi ki, Xəyalı tam sağlığına qovuşdurmaq mümkündür. Ancaq bunun üçün 50 min dollar vəsait lazımdır. Bizim belə bir imkanımız olmadığından məcbur qalıb, “Kapital Bank”ın Abşeron şöbəsində Xəyalın adına hesab açdıq. Ümid edirik ki, imkanlı qardaş və bacılarımız 13 yaşlı Xəyalın arzularının yarımçıq qalmasına imkan verməyəcək, övladımıza və bizə dəstək olacaqlar”.

Xəyalın atası Məhəmməd Şıxalizadə Heydər Əliyev Fonduna, Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya da üz tutub, kömək istəyib: “Çox xahiş edirik, bizə dəstək olun, kömək edin. Qoymayın, Xəyal ın arzuları yarımçıq qala…”.

Xəyal Məhəmməd oğlu Şıxalizadənin adına “Kapital Bank” ASC-nin Abşeron filialında açılmış bank hesabını da təqdim edirik.

Ümidvarıq ki, iş adamları, imkanlı şəxslər 13 yaşlı Xəyalı darda qoymayacaq:

“KAPİTAL BANK” ASC-nin Abşeron filialı:

KOD: 200231

VÖİN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

SWİFT: AIIBAZ2X

H/HESABI: AZ37AIIB45810019442300005123

TƏYİNATDA MÜTLƏQ GÖSTƏRİLMƏLİ:

Xəyal Şıxalizadə Məhəmməd oğlu

KART HESABI: 38810944004458343123

Xəyal və ya ailəsi ilə birbaşa əlaqə yaratmaq istəyənlər 055 – 646 22 22 nömrəsinə zəng edə bilərlər.

Yeniçağ.Az

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv