!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

7 il Azərbaycanda oynamış futbolçu karyerasını bitirdi

!Reklam – Yazi

45eacc1f6248b748337ae03347f05dc0Bakı “İnter”inin sabiq qapıçısı Georgi Lomaya karyerasını bitirməyə qərar verib.

Yeniçağ.Az “Apasport.az”a istinadən xəbər verir ki, Gürcüstan yığmasının da formasını geyinmiş və hazırda “Dinamo”da çıxış edən Lomayanın müqaviləsi 2017-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.

Ancaq təcrübəli futbolçu bildirib ki, anlaşmaya qarşılıqlı razılaşma əsasında daha tez xitam verilib: “Mən qərara gəldim ki, karyeramı bitirim. 37 yaşım var, artıq getmək zamanıdı. Ancaq ümid edirəm ki, futbol sahəsində qalacam”.

Georgi həmçinin məşqçi kurslarına qatılıb, lisenziya almaq niyyətində olduğunu və mövsümün sonunda B kateqoriyası üçün ərizə yazmağa qərar verdiyini deyib.

Qeyd edək ki, Lomaya “bankirlər”in heyətində 2009-2016-cı illərdə çıxış edib. O, paytaxt klubu ilə 127 oyunda meydana çıxıb.

Yeniçağ.Az

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv