Türkiyədə 7 min qonağın iştirak etdiyi toy olub.
Yenicag.az xəbər verir ki, Türkiyənin cənub-şərqində Şırnak vilayətinin valisi (AK Partiya Bələdiyyə sədri) Həbip Aşanın oğlunun toyu 2 gün davam edib. Möhtəşəm mərasimdə yeni evlənənlərə 1 kq qızıl və 5 milyon zinət əşyası hədiyyə edilib.
Ölkənin hər yerindən, eləcə də İraq və Belçika kimi ölkələrdən gələn bələdiyyə sədrləri, qəbilə liderləri, siyasi liderlər, iş adamları və çoxlu sayda qonaq Kato dağının yamaclarında mahnılarla halay rəqsi edib.
İki günlük toya 3 milyon pul xərclənib. Gözləri oxşayan möhtəşəm toyda rayon qubernatoru və komandirlər də halay rəqsi ediblər. Təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları sayəsində əmin-amanlığın və təhlükəsizliyin təmin edildiyi Beytüşşebapda gecə saatlarına qədər toy mərasimləri keçirilir.
Xuraman Etibarlı