M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri fevralın 6-da qardaş Türkiyə Cümhuriyyətində baş verən dəhşətli zəlzələyə həsr olunmuş kompozisiya hazırlayıblar.
Yenicag.az xəbər verir ki, şagirdlər “Çırpınırdı Qaradəniz” mahnısını ifa edib və şeir səsləndiriblər.
Daha sonra şagirdlər Türkiyəyə yardım paketləri hazırlayıb, qutuların içinə yazdıqları məktubları qoyublar.
Videonu təqdim edirik: