7 nömrəli tam orta məktəbin şagirdlərinin UĞURU: Yarımfinala adladılar – FOTO

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Olimpiadada şagirdləri uğur qazanan təhsil müəssisələri arasında Bakının 7 nömrəli tam orta məktəbi də var.

Məlumata görə, 7 nömrəli tam orta məktəbin şagirdləri Hümbətzadə Sübhan və Hacızadə Əli riyaziyyat fənni üzrə Olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.