7 PKK terrorçusu öldürüldü

8ad75a245907fe79bbe0b172f842c139Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda PKK terrorçuları polis və jandarm qüvvələrinə silahlı hücum edib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatla 7 PKK-çı öldürülüb. Vilayət Valiliyinin yaydığı açıqlamada bildirilir ki, terrorçular Silahlı Qüvvələrin nümayəndələrinə və inzibati binalara hücum təşkil edib.

Keçirilən əməliyyatla 7 terrorçu məhv edilib, biri isə könüllü təslim olub.