Avropa İttifaqı (Aİ) Rusiyanın daha yeddi bankını SWIFT sistemindən kənarlaşdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Qeyd olunur ki, VTB, “Rossiya”, “Otkrıtiye”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “Vneşekonombank” bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcək.
Rusiyanın digər bankları barəsində bu cür qərar verilməyib.
Aİ, həmçinin Rusiya Birbaşa İnvetsiyalar Fondunun maliyyələşdirəcəyi layihələrə investisiya qoymağı, eləcə də Rusiyaya avro əskinaslarının satışını qadağan edib./Trend/