7 saat sonra dağıntılar altından çıxarılan qızcığaz atasına qovuşdu – FOTO

Qardaş ölkədə baş verən zəlzələdən ürəkdağlayan görüntülər gəlməyə davam edir. Şəhərdəki binalardan birində ailə dağıntılar altında qalıb.

Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ailəni uçqundan qurtarmaq üçün əraziyə xilasedicilər cəlb olunub.

Onlar ailənin ən kiçik üzvü olan 5 yaşlı Ayşe Kübra Güneşi də ailəsi ilə birlikdə dağıntılar altından xilas ediblər.

7 saat çökmüş binanın altında qalan qızcığazın atasına qovuşma anı hərkəsi kövrəldib.