7 saatdan az və yaxud çox yatanların diqqətinə – TƏHLÜKƏ

Bir qrup elm adamı 6-7 saatlıq gecə yuxusunun ürək sağlamlığı üçün daha faydalı ola biləcəyi ehtimalını irəli sürüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, alimlər yalnız yuxunun müddətinin deyil, həm də keyfiyyət və dərinliyinin də vacib olduğun bildiriblər.

Amerika Kardiologiya Kollecinin elmi iclasında təqdim olunan bir araşdırmada gecə 6-7 saat yatan fərdlərin həmin müddətdən az və ya çox yatanlarla müqayisədə infarkt və ya insult riskinin daha az olduğu qeyd edilib.

2005-2010-cu illərdə ABŞ-da keçirilmiş “Milli Sağlamlıq və Qidalanma Sorğusu”na qatılan 14 min 79 orta yaşlı insanın məlumatlarını təhlil edən tədqiqatçılar iştirakçıları gecə yuxu müddətinə görə üç kateqoriyaya bölüblər.

Daha sonra iştirakçıların aterosklerozla əlaqəli ürək xəstəliyi riskini araşdıran tədqiqatçılar yuxu müddəti ilə ürək sağlamlığı arasında əhəmiyyətli bir əlaqə olduğunu təyin ediblər.

Ürək xəstəliklərini artıran amillər nəzərə alındıqda yuxunun tez-tez nəzərə alınmadığını deyən Henri Ford Xəstəxanasının həkimi, tədqiqat qrupunun rəhbəri Kartik Qupta, 6 saatdan az və ya 7 saatdan çox yatan iştirakçıların ölüm riskinin daha yüksək olduğunu qeyd edib.

Tədqiqatçılar ayrıca insanların pəhriz vərdişləri və asılılıq yaradan qidalardan istifadənin, ürək xəstəliyinə birbaşa təsir edən yaş və genetik xüsusiyyətlər kimi dəyişməz şərtlərin də yuxu rejimlərinə təsir etdiyini vurğulayıblar.

Rufina