Azərbaycan Mərkəzi Bankı (AMB) 7 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə Yenicag.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar dekabrın 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, onların lisenziyası könüllü müraciət əsasında ləğv olunub.