7 vulkan aşkarlandı – 200 min insan təhlükədə

ABŞ Geoloji Xidməti bəyan edib ki, Kaliforniya ştatında 7 vulkan 200 minədək insanın yaşadığı ərazi üçün ciddi təhlükə törədir.

Yenicag.az-ın məlumatına görə, mütəxəssislər həmin vulkanları aktiv hesab edir və vulkanik zəlzələlərlə nəticələnə biləcəyini bildirirlər.

Araşdırmada həmçinin qeyd olunur ki, ölkədə “barıt çəlləyi” daha çox Alyaska, Vaşinqton, Oreqon və Kaliforniya ştatlarında yerləşir. Ümumilikdə ABŞ ərazisində 161 vulkanın olduğu deyilir./Trend/