7 yaşlı futbolçu faciəvi şəkildə meydançada öldü

Türkiyənin “Manisa Büyükşehir Belediyespor” klubunda futbolun sirlərini öyrənən 7 yaşlı Muharrem Ege Öztürk faciəvi şəkildə ölüb.

Yenicag.az xəbər verir ki, azyaşlının başına düşən futbol qapısı onun həyatına son qoyub.

Muharrem xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ölümü ilə əlaqədar “Manisa Büyükşehir Belediyespor” və “Manisaspor” Muharremin ailəsinə başsağlığı verib.

Fatkla bağlı araşdırma davam etdirilir.