7 yaşlı qızı vurub öldürdü – Azərbaycanda

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sənan Elbrus oğlu Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

COP29