7 yaşlı uşağı maşın vurdu

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Yenicag.az xəbər verir ki, Saatlı rayon Qaranurlu kənd sakini 2012-ci il təvəllüdlü Məmmədli Hüseyn Əlipaşa oğlu yaşadığı kənddə maşın vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub./Report/