Türkiyənin zəlzələ baş verən Qəhrəmanmaraş şəhərində 7 yaşlı uşaq 61 saat sonra dağıntılar altından yaralı olaraq xilas edilib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə komandaları 7 yaşlı suriyalı Reyyan Həmmadini 61 saat sonra dağıntılar altından çıxarıblar.
Onun yüngül zədələrlə qurtulduğu bildirilir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 10 min nəfərə yaxınlaşır.