7 yaşlı uşaq qəfil ÖLDÜ

Siyəzəndə 7 yaşlı oğlan qəfil ölüb.

Yenicag.az xəbər verir ki, Siyəzən şəhəri Gənclik küçəsində yaşayan 2016-cı il təvəllüdlü Eyvazlı Məhəmmədin halı anidən pisləşib. Ailə üzvləri onu dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

7 yaşlı uşağın hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.

Faktla bağlı ekspertiza təyin edilib və Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)