!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

70 illik çəkişmələrə son verilir? – Rusiyadan Yaponiyaya ağlasığmaz təklif

!Reklam – Yazi

“Yaponiya il sonuna qədər qeyd-şərtsiz sülh müqaviləsi imzalamalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən bildirib.

Putin Yaponiyanın baş naziri Şinzo Abe ilə danışıqlar apararkən “Sülh sazişini imzalamalıyıq. İndi olmasa da, ilin sonunadək heç bir şərt olmadan sülh müqaviləsi imzalanmalıdır. Bundan sonra isə, müqaviləyə əsaslanan dost ölkələr kimi aramızdakı bütün mübahisəli məsələləri həll etməyə səy göstərməliyik. Bu daha effektiv olacaq” – deyə Rusiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə Yaponiya arasındakı ziddiyyətləri həll etmək üçün danışıqlar 70 ildir davam edir.

“Mənə elə gəlir ki, biz 70 ildir həll edilməmiş bütün problemləri həll etməyə müvəffəq ola bilərik” – deyə Putin sözlərini bitirib.

Şinzo Abe bu sözlərə münasibət bildirərkən “Yanaşmalar bu günə qədər fərqli olub. Amma problemlərin həllində effektiv olacaqsa, yanaşmaları dəyişməyə hazırıq” – deyə bildirib.

www.yenicag.az

2114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv