“Ferrari”nin 1963-cü il buraxılışlı olan idman avtomobili 70 milyon dollara satılıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu, avtomobil alışında rekord qiymətdir.
Bundan qabaqkı rekord 2013-cü ildə eyni “Ferrari” modelinin satışında qeydə alınıb. Onu 53 milyon dollara əldə ediblər.
Qeyd edək ki, İtaliyanın “Ferrari” şirkəti 1962-1964-cü illərdə bu modeldən 36 dənə istehsal edib.