İranda 700-dən çox adam göbələkdən zəhərlənib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, zəhərlənənlərdən azı 9 nəfərin öldüyü bildirilir. Bu barədə ölkənin fövqəladə hallar idarəsinin nümayəndəsi Mojtabu Xaledi İSNA agentliyinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, zəhərlənənlərin sayı 721 nəfərdir. Onların 9-u ölüb. 50-yə yaxın insan kritik vəziyyətdədir. Bir neçə zərərçəkən isə təcili qaraciyər nəqli tələb edir.
Zəhərlənməyə məruz qalanlar əsasən Kermanşah, Kürdüstan, Lurestan, Zəncan, Qəzvin və Qərbi Azərbaycanda yaşayanlardır.
Mütəxəssislərin sözlərinə görə, kütləvi zəhərlənməyə səbəb olan zəhərli göbələklər görünüşcə yeməli göbələklərdən heç nə ilə fərqlənmir. Onlar arasındakı fərqi yalnız laboratoriya təcrübələri əsasında tapmaq mümkündür.