Yanvarın 13-də Heydər Əliyev Sarayında konsert verəcək Ajda Pekkan artıq Bakıdadır.
Yenicag.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi bu gün paytaxtımızı gəzmək fürsəti də qazanıb.
O, məskunlaşdığı oteldə sürprizlə də qarşılaşıb. Belə ki, qızılgül ləçəkləri ilə “Xoş gəlmisiniz, Ajda Pekkan” yazılması ulduz müğənnini təəcülbləndirib. 71 yaşlı müğənni xoş sürprizə görə azərbaycanlıların qonaqpərvər olduğunu bildirib.
Həmin anın videosunu təqdim edirik: