Masallıda yanğın hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində 1938-ci il təvəllüdlü Məzahir Kazımova məxsus ümumi sahəsi 280 kv/m olan iki mərtəbəli evdə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın kəşfiyyatı zamanı M. Kazımovun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Mariya Kazımovanın yanmış meyiti tapılıb.
İlkin məlumata görə, yanğına qaz sobasında yaranmış nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.