71 yaşlı qadın yanaraq öldü

Salyan rayonunun Xocalı kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​