73 yaşlı sabiq kansler evlənir – 5-ci dəfə

Almaniyanın sabiq kansleri Gerhard Şreder bu il beşinci dəfə ailə həyatı qurmağa hazırlaşır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 73 yaşı olan siyasətçi bu dəfə 48 yaşlı koreyalı Kim So Yenlə evlənmək qərarına gəlib. Cütlük evləndikdən sonra həm Almaniyada, həm də Cənubi Koreyada yaşamağı planlaşdırır. Şrederin sözlərinə görə, o, bu evlilik sayəsində Koreya dilini daha yaxından öyrənmək və “normal yaşamaq” istəyir.

Mətbuatın yazdığına görə, eks-kansler hazırda dördüncü həyat yoldaşı Doris Şreder-Korfdan boşanmaq işləri ilə məşğuldur.

COP29