!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

74 yaşlı qadın oğlunun yasında tanış olduğu gənclə evləndi - FOTOLAR

!Reklam – Yazi

74 yaşlı 6 nəvə sahibi Almeda Errell 3 il öncə oğlunun cənazəsində tanış olduğu 19 yaşlı oğlana aşiq olaraq onunla ailə həyatı qurub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Almedanın oğlu Robert ürək tutmasından dünyasını dəyişib. Cütlük ilk dəfə Robertin yas mərasimində tanış olub.

Garynin qohumu Lisa Robertin cənazə mərasiminə onu da dəvət edib. Oradada Almeda ilə tanış olublar.

“Bu cavan oğlanın sevgi dolu gülüşü diqqətimi çəkmişdi və axtardığımın o olduğunu anlamışdım. Gözlərimi ondan ayıra bilmirdim. Hüznün içindəki işıq kimi idi. Bir anda yanıma gəldi və baş sağlığı verdi. Beləcə tanış olduq”, deyə Almeda bildirib.

21 yaşlı Gary Hardwick hər şeyin bir anın içində baş verdiyini deyib: “Ən gözəl gözlər, parlaq gözlər onda idi. Daha sonra restorana getdik. Almeda məndən soruşdu ki, “bax, mən 71 yaşındayam, sən 19. Sənin üçün çox qocayam?” Əlini tutdum və dedim ki, “Yaş sadəcə rəqəmdir”. Almeda mənim xəyallarımdakı qadındır. Ailə həyatında daim bir-birimizə yardım edirik. Almeda daxilən uşaq kimidir, yaş ikimiz üçündə problem deyil”

Almeda isə sevgisini bu sözlərlə ifadə edib: “Öyrəndiyim tək şey odur ki, birini həqiqətən sevəndə başqa heç bir şeyin önəmi qalmır”.

Almeda həmçinin qeyd edib ki, əvvəlki evliliyindən fərqli olaraq indiki münasibətində romantizm var: “43 illik bir evlilik yaşadım. Köhnə həyat yoldaşımla münasibətimizdə romantik öpüşlər, sözlər yox idi. Lakin indiki evliliyim başqadır. Yoldaşımla evliliyimizin dadını çıxarırıq. Münasibətimiz çox romantikdir.”

Özündən 53 yaş kiçik Gary Hardwick ilə ailə quran qadın artıq 3 ildir xoşbəxt evlilik yaşadığını deyib. Cütlük yaş fərqini və insanların onlar haqqında olan mənfi fikirlərini önəmsəmədiklərini bildiriblər.

Garynin anası 48 yaşlı Tammy və nənəsi 71 yaşlı Carolyn də bu münasibətlə bağlı müsbət fikirdə olduqlarını deyiblər.

Qeyd edək ki, Gary həm də Almedanın adını ürəyinin üzərinə döymə etdirib.

www.yenicag.az

12655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv