!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

74 yaşlı təqaüdçü bukmekerləri müflis elədi – Kontordan şok qadağa

!Reklam – Yazi

Uğurlu uduş sistemi işləyib hazırlayan təqaüdçü bukmeker kontorlarının qəniminə çevrilib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, İngiltərənin Esseks Qraflığında yerləşən Kolçester şəhər sakini, 74 yaşlı Maykl Beytsin cıdır yarışları üzrə mərcdə iştirakı qadağan edilib.

Məlumata görə, “Coral” bukmeker kontorundan 12 gün ərzində 2 min funt sterlinq məbləğində uduş əldə edən Beytsin bu “uğurlu seriyası” kontorda ciddi narahatlıq doğurub.

Bunun nəticəsində təqaüdçünün həmin kontorda mərc oyunlarına qatılması qadağan edilib.

Beyts bu qərarı təəccüblə qarşılayıb. O, “Coral”ın tətbiq etdiyi məhdudiyyət səbəbindən artıq başqa kontorlarla “oynamağa” hazırlaşır.

Beytsin uğur formulu isə çox sadədir. Qoca qeyd edib ki, cıdır yarışlarının 80 faizində əsasən, 1-4 nömrəli atlar yarışı birinci yerdə başa vururlar.

www.yenicag.az

5120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv