75 milyon il əvvəl yaşamış yeni məməli növü kəşf edildi

Dinozavrlar dönəmində yaşamış yeni məməli növü kəşf edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “PLOS One” elmi jurnalında məqalə dərc olunub.

Bildirilib ki, 70-75 milyon illik çənə sümüyü və az dişi fosilləri tədqiq edilib. Tədqiqat nəticəsində bunun kisəli siçanlar ailəsinin yeni bir növünə aid olduğu aydınlaşdırılıb.

Növə “Heleocola piceanus” adı verilib. Onun dinozavrlar dönəmində bataqlıqlarda yaşadığı təxmin olunur.

COP29