Gəncə şəhərində 75 yaşlı kişi intihar edib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1942-ci il təvəllüdlü Talıb Bayram oğlu Budaqov yaşadığı evdə həddindən artıq dərman içdikdən sonra biləklərini kəsərək intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.