Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

75 yaşlı şəxs göldə batdı

75 yaşlı İsmayıllı sakini göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllının Aşıqbayramlı kəndi ərazisində yerləşən göldə batdığı ehtimal olunan 1944-cü il təvəllüdlü Axundov Hacalı Qasım oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu H.Axundovun axtarışlarına cəlb olunub.

Vətəndaşın meyiti axtarış işləri nəticəsində aşkarlanaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

www.yenicag.az

1515
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100