76 yaşlı kişi özünü asıb

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yeniçağ.Az