76 yaşlı kişini avtomobil vurdu, xəstəxanada öldü – Qaxda

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Kamil Əfəndi oğlu Xəlilovu vurub.

Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.