77 nəfəri qətlə yetirən terrorçunun şikayət etdiyi “qəddar” həbsxana ŞƏRAİTİ – VİDEO

77 nəfəri qətlə yetirən Anders Breyvik həbsxana şəraitindən yenidən şikayət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb. Bildirilir ki, 77 nəfəri qətlə yetirən norveçli terrorçu Anders Breyvik həbsxana şəraitindən yenə şikayət edib.

Buna cavab olaraq həbsxana rəhbərliyi həmin “qəddar şəraiti” göstərib: pultları olan oyun otağı, idman zalı, kitabxana, mətbəx, gəzinti üçün şəxsi həyət və hətta tutuquşuların olduğu otaq.

Həmçinin, Breyvikin şikayətlərindən biri onun PlayStation-inin daha yeni versiyaya dəyişdirilməməsidir.

Xuraman Etibarlı

COP29