Bakıda yaşlı qadın itkin düşüb.
Yenicag.az xəbər verir ki, Xəzər rayon sakini 1942-ci il təvəllüdlü Mustafayeva Nadejda Timofey qızı iki gündür yoxa çıxıb.
O, fevralın 5-i Gəncə prospekti 37 ünvanındakı evindən gecə saat 21:30-da çıxaraq bir daha geri dönməyib. Qadın evdə çıxarkən əynində qısa qəhvəyi rəngdə gödəkcə və göy rəngdə cins şalvar olub.