!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu məhkəmə qərarı Gülənin Azərbaycandakı gücünü sübut etdi”-Aqil Ələsgər

!Reklam – Yazi

610x380x11214085_715996085193468_3751640747084912502_n.jpg.pagespeed.ic.9ChsLx9ZDS“Mənimlə bağlı çıxarılan qərar Fətullah Gülən Terror Şəbəkəsinin Azərbaycandakı gücünü bir daha ortaya qoydu. İllərdən bəri mən bunların dövlətin bütün strukturlarında gizli şəkildə təşkilatlandığını yazanda, inanmayanlar, bunları gözü yaşlı məzlum sayanlar görsünlər ki, bütün dəlillər bizim xeyrimizə olduğu halda uduzduq”.

Bu sözləri “Yeni Çağ” (www.yenicag.az) qəzetinin baş redaktoru, aeaşdırmaçı yazar Aqil Ələsgər məhkəmənin qərarını şərh edərkən bildirib.

Fətullah Gülənin Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırmalarına görə, məhkəməyə verilən Aqil Ələsgər bildirir ki, “Qarşı tərəfin həm iddianaməsində, həm məhkəmə prossesində xeyli sayda yanlışlar var idi. Ədalətli hakim belə bir iddianaməni belə qəbul etməməliydi. Fəqət uzun müddət məhkəmə məndən xəbərsiz keçirildi. Daha sonra sırf təsadüf nəticəsində xəbər tutduqdan sonra prossesə dəvət edildim və bütün məhkəmə boyunca qarşı tərəfin bütün iddialarına dəlillərlə cavab verdim. Məhkəmə prossesi göstərdi ki, mən Neft Şirkəti tərəfindən məhkəməyə verilsəm də, maraqlı tərəf Gülən və onun Azərbaycandakı şəbəkəsidir. Konkret olaraq, Elnur Aslanovun 2008-ci ildə bacarmadığını Xalik Məmmədov bacardı. Məhkəmə KİV haqqında qanun ayaqlar altına alındı. Hesab edirəm ki, bu Gülənin Azərbaycanda necə güclü olduğunu göstərməkdədir. Doğrudur, onlar təzminat olaraq istədikləri 2 milyon manatı ala bilmədilər, ancaq 2 min manat məbləğində cərimə etdilər. Bundan başqa məhkəmə absurd bir qərar çıxarıb ki, çıxış etdiyim televiziyalarda da çıxıb dediklərimi təkzib etməliyəm. Yəni “A Haber” və “Ulusal” kanallarında çıxış edərək, Gülən Şəbəkəsi barədə dediklərimi təkzib etməliyəm. Bu qərarın dünyada analoqu yoxdur. Məhkəmə Gülən şəbəkəsinin təzyiqi ilə elə qərara imza atıb ki, burada fətullahçıların izi açıq görünür”.

Aqil Әləsgər bildirdi ki, qərardan Appelyasiya Məhkəməsinə şikayət edəcək:”Orada da Gülənin qarşımızı kəsmək istədiyini bilirik. Fəqət inanmaq istəyirik ki, Azərbaycanda bütün məmurlar Gülənə bağlı deyil və Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinə və cənab Prezidentə sədaqətli, eyni zamanda ədalətli hakimlər hələ də qalıb və bu qanunsuz qərarı dəyişdirməyə nail olacağıq”.

Qeyd edək ki, A.Ələsgər sosial şəbəkədə başqa maraqlı faktlara da toxunub: “Deməli, bütün dəlillər xeyrimə olmasına, qarşı tərəfin və hakimin də bunu etiraf etməsinə rəğmən hakim Zaur Əliyev (Maraqlıdır ki, bütün fətullahçıların Səbael məhkəməsində mənə qarşı iddialarına baxan bu hakimdir) Gülənin xeyrinə qismən iddianı təmin etdi. Belə ki, məndən nə az nə çox 2 000 000 (iki milyon) manat istəyən Xalik Məmmədova 2 000 (iki min) manat ödəməliyəm. Bu hesabla mən nə az, nə çox 1 998 000 (Bir milyon doqquz yüz doxsan səkkiz min) irəliyəm. İşin acınacaqlı tərəfi odur ki, 1 998 000 (Bir milyon doqquz yüz doxsan səkkiz min)-im olmadığı kimi verəcək 2000 manatım da yoxdur. Ona görə, son sürətlə Appelyasiya Məhkəməsinə doğru irəli! İşin qəribə tərəfi budur ki, məhkəmədə dəfələrlə SOCAR-la bir problemim olmadığını bildirdiyim halda qarşı tərəfin nümayəndəsi rəhbərliyin bu məsələdə kompromisə getmək tərəfdarı olmadığını bildirirdi. Allahın təqdiridir ki, bu gün “Qarabağ”ın oyununu Neft Şirkətinin ən üst səviyyədəki rəhbərliyi ilə bərabər izləyirdik.Və bir dostumuzun zarafatla mövzuya toxunması nəticəsində bəlli oldu ki, şirkətin bütün önəmli simaları məsələdən xəbərsizdirlər. Hətta “niyə məhkəmədən əvvəl bizə xəbər etməmisən ki, belə olub” deyə, narazılıq belə bildirildi”.

www.yenicag.az

1552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv