Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

78 milyon insanın yoluxduğu xəstəlik - SOS

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cinsi yolla ötürülən infeksiya ilə bağlı həyəcan təbili çalır.

Yenicag.az xəbər verir ki, süzənək (qonoreya) sağalmaz xəstəliyə çevrilir. Belə ki, xəstəliyin yaranmasına səbəb olan Neisseria növünə malik bakteriya tez bir zamanda antibiotiklərə uyğunlaşır.

“Süzənəyə səbəb olan bakteriya çox “ağıllı” olub. Hər dəfə xəstəliyin sağalması üçün yeni növ antibiotik tətbiq etdikdə, bakteriyalar çoxalır və antibiotikə dözümlü olurlar”, -deyə ÜST-nin eksperti Teodor Vay bildirib.

Artıq Yaponiya, Fransa və İspaniyada müalicə zamanı heç bir sxemin faydalı olmadığı 3 hal qeydə alınıb.

Qeyd olunur ki, xəstəliyə oral seks zamanı da yoluxmaq olur. Ekspertin sözlərinə görə, sağalmaz formaya daha çox eyni cinslərin intim münasibəti zamanı rastlanır.

Hər il bu infeksiyaya 78 milyon insan yoluxur.

Yenicag.az

www.yenicag.az

414
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM