!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7News.az saytının 1 yaşı oldu

!Reklam – Yazi

imageBu gün ölkənin önəmli xəbər portallarından biri olan 7News.az saytının 1 yaşı tamam oldu. 7News.az internet xəbər portalı ötən ilin may ayının 16-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

imageBu barədə YENİCAG.AZ-a baş redaktor, internet media eksperti Səbuhi Abbasov məlumat verib:
“7News MMC nəzdində fəaliyyət göstərən www.7news.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. Sayta ümumi statistik baxış bir il ərzində 15 milyona yaxın təşkil edib ki, buda ölkə miqayasında müqayisədə olduqca ciddi rəqəmdir. Gündəlik 20-60 min IP girişi olan sayt yaxın vaxtlarda rus və ingilis dillərində də fəaliyyət göstərəcək”.

Biz də öz növbəmizdə 7News.az saytının rəhbərliyini və yaradıcı kollektivini təbrik edir, daha böyük uğurlara imza atmalarını diləyirik.

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv