!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

8 aylıq qızını ölümünə döyən anaya cəza verilmədi - FOTOLAR

!Reklam – Yazi

Avstraliyada 26 yaşlı Lorien Norman adlı ana 8 aylıq qızını ölümünə döysə də, cəzasız qalıb.

Yenicag.az xəbər verir ki, uşağını qaşıqla döyən, üzünü göyərdən, hətta polisə zəng edərək onu balkondan aşağı atacağını söyləyən qadın, belə demək mümkünsə, çox ucuz qurtulub. Belə ki, 13 il həbs cəzası alacağı gözlənilən anaya cəmi 500 dollarlıq cərimə kəsiblər. Məhkəmə bunun səbəbini uşağın üzündə və bədənində ömürlük iz buraxacaq heç bir zədə olmamasıyla izah edib.

Sosial şəbəkələrdə çoxlu təzyiq və tənqidlə üzləşən qadın, uşağın atası Şeyn Makkahona da belə bir mesaj göndərib: “Həbsə girməyəcəyəm. Hamı mənə qarşı olsa belə, yenə həbs olunmayacağam”.

Qeyd edək ki, artıq 8 aylıq uşaq özündən böyük qardaşı ilə birgə anasından alınaraq atasına təhvil verilib.

www.yenicag.az

6224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv