Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.
Faktla bağlı araşdırma aparılır.