Uzun illər əmək sərf edən Bitaniya vətəndaşı qeyri-adi motosiklet düzəldib.
Yenicag.az xəbər verir ki, britaniyalı özü düzəltdiyi motosikletə “Dodge Tomahawk”ın 8 litrlik V10 mühərrikini quraşdırıb. Bunun üçün uzun müddət əziyyət çəkən britaniyalı bu texnika ilə rekorda imza atıb. 550 at gücündə mühərrik 1 sərnişinlə birgə motosikletə 295 km/saat sürət verə bilib.
Konstruktor bildirib ki, 600 kiloqramlıq motosikleti idarə etmək çox çətindir. Xüsusən də əlavə sərnişin olduqda.
Təhlükəsizlik normalarına cavab vermədiyi üçün motosikletin kütləvi istehsalına icazə verilməyib./avtosfer.az/