“8 Noyabr” metro stansiyası – FOTO

Sosial şəbəkələrdə Vətən Müharibəsindəki qələbənin şərəfinə “8 Noyabr” adlandırılan metro stansiyasının fotosu paylaşılıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adlandırılıb.

Qeyd edək ki, “8 Noyabr” stansiyası Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşir.