Sosial şəbəkələrdə “8 noyabr” stansiyanın elan edilməsi ilə bağlı video yayılıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında videonun həqiqəti əks etdirmədiyini bildirib:
“8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur. Quraşdırma, montaj və s. və i. adlandıra bilərsiniz”.
Cəvahir