8 Noyabr prospektində QƏZA: Piyada öldü

İyulun 3-də saat 4 radələrində Xətai rayonunun 8 Noyabr prospektində Bakı şəhər sakini T.Seyidov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış 30-35 yaşlı kişini vurub.

Yenicag.az xəbər verir ki, həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.