Polis əməkdaşkarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
Yenicag.az xəbər verir ki, son bir neçə gün ərzində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 8 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.