8 otaqlı ev yandı – Gədəbəydə

Gədəbəydə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, Gədəbəy rayonunun Arısu kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində bir otağın tavanı 20 m² və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​